Kasko sığortası

Əlavə məlumat almaq üçün 1540 qısa nömrəsi
ilə əlaqə saxlaya bilərsiniz.

Sığortanın məqsədi

Yol nəqliyyatı hadisəsi nəticəsində, avtomobilə dəyən
fiziki zərərin ödənilməsi.

Sığortaçı

Bu sığorta növü üzrə müqavilə bağlamağa icazəsi
olan hüquqi və ya fiziki şəxs.

Sığorta hadisəsi

Avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası.

Sığorta al Kalkulyator

Sığorta riskləri

Toqquşma, yanğın, partlayış, oğurlanma, yol nəqliyyat hadisəsi, üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan.

Azadolma məbləği

1

Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər

2

Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və
hər bir sığorta hadisəsi üzrə
tətbiq olunur

3

Azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ
zərər məbləğindən çıxılır

Sığorta təminatının əhatə ərazisi

Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən ərazidə qüvvədədir.

Mübahisələrin həlli

Bu Qanundan irəli gələn mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.

Sığorta müqaviləsinin müddəti

Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, lakin şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir